Bayraq çapı

bayraq

Artıq bayraq çapı sadəcə səyahət və turizm şirkətlərinin seçimi deyil. Həm də öz brendini tanıtmaq istəyənlərin seçimidir. Üzərində şirkətinizin loqosu olan masaüstü bayraqlar ofislərdə gözəl görüntü yaratmaqla bərabər, markanızın daim xatırlanmasına kömək etmiş olur. Şirkətimizin sizə təqdim etdiyi bu promo məhsullar xüsusi bayraq materialı üzərində çap edilir. Şirkətimiz promo məhsullardan olan bayraqların materialından asılı olmayaraq müxtəlif formada çapını həyata keçirir. Digər promo məhsullarındakı kimi burada da keyfiyyəti əsas hədəf götürürük.

Brendinizi təmsil etmək üçün hazırladığımız bayraqların keyfiyyət və kreativliyinə şirkətimiz, ölçülərinə isə siz qərar verirsiniz. Bayraqlar müştərilərimizin istəyini nəzərə alaraq böyük,orta, kiçik, həmçinin, xüsusi ölçülərdə tərtib olunur.

Əgər siz də loqonuzu keyfiyyətli şəkildə “əlinizdə bayraq etmək” istəyirsinizsə, bizə müraciət edin.