Blank xidmətləri


blank

Blanklar - işgüzar yazışmalarda, daxili mühasibatlıqda və kommersiya təkliflərində istifadə olunan, üzərində firmanın loqotip və əlaqə məlumatlarını əks etdirən çap məhsullarıdır. Firma blankları firmanın korporativ üslubuna uyğun dizayn olunur.

Blanklarının standart ölçüsü A4-dür və birtərəfli çap olunur. Adətən 80 qr offset kağızına üstünlük verilməklə yanaşı, 120 qr ofset kağız da istifadə oluna bilər. Digər müxtəlif blank növlərində fərqli ölçülər və fərqli kağızlar istifadə oluna bilər.

Firma blanklarınızı keyfiyyətli çap edib ən qısa müddətdə sizə təhvil veririk.

Blank sifarişlərinizin qiymətləndirilməsi üçün vacib məlumatlar:

  1. Ölçüsü
  2. Çap rənginin sayı
  3. Kağız növü
  4. Miqdarı