“Symbol” buklet - rəngli reklam dünyasına səyahət et


buklet

Biz sizə reklamınızın sürətini təmin edən “Symbol Flayer”lə yanaşı, onun kiçik, sehrli surətini yaradacaq bukletlər də təqdim edirik. Hazırladığımız bukletlər reklam poliqrafiyasının bir növü olan reklam vərəqlərindən fərqli olaraq təkcə sözlərinə deyil, daha çox gözlərinə inananlar üçündür. Belə ki, sizə təqdim olunacaq bukletlərimizin kitabçalardan əsas fərqi bukletlərdə yer alan informasiyalar daha yığcam olur.

Bukletlər reklam ediləcək şirkətin platformasına uyğun olaraq müxtəlif məzmunlarda tərtib olunur. Biz sizin üçün bukletlərimizi yalnız “Yüz ölçüb bir biçmir” ölçülərini həm də düz ölçüb, üç biçirik. Ölçülərinə görə bukletlərimizin kiçik, böyük və xüsusi növləri mövcuddur.

Kiçik addımların böyük uğur gətirəcəyinə inanlar üçün 5.5x8.5 və 8.5x1 kiçik ölçülü bukletlər hazırlayırıq.

“Biz ancaq böyük işlərə imza atırıq” deyən müştərilərimiz üçün isə 12×12 böyük ölçülü bukletlər təqdim edirik.

Fərqliliyi və fərdiliyi sevən müştərilərimiz üçün isə onların istəyinə uyğun xüsusi ölçülü bukletlər tərtib edirik.