“Uçmağa var qanadı, “Symbol” flayer” adı


flayer

Müasir dövrdə geniş yayılmış poliqrafiya məhsullarından biri də flayerlərdir. Flayer insanlara çatımlılıq baxımından sürətli kağız reklamların biri növüdür. Rəngini “müharibələrin ağ qara meydanı”ndan almış flayerlər hazırda ilkin versiyasından öz rəngarəngliyi ilə seçilir. Həmçinin, texnologiyanın inkişafı sayəsində flayerlərin yeni- onlayn formalarına da rast gəlmək mümkündür. Formatına görə flayerlərin A4, A5, A6 kimi növləri mövcuddur.

A4 formatlı flayerlər ən çox istifadə edilən flayer formatlarından biri hesab olunur. Bu formatda tərtib edilən flayerlər ölçüsünə görə məktub başlığı formatlı flayerlər də adlanır.

A5 formatlı flayerlər ölçüsünə görə yarım məktub başlıqlı flayerlər hesab olunur.

A6 formatlı flayerlər poçt kartı ölçüsündə tərtib edilən flayer növlərinə daxildir. Bu tip flayerlər daha çox onlayn flayerlərin hazırlanması üçün daha əlverişli hesab olunur.

Hər üç formatda tərtib olunan bu flayerlər müxtəlif əmtəələrin satışını müəssisə və şirkətlərin reklam olunması üçün istifadə edilir.

Siz də Poliqrafiyanın “sehirli xalçası” “Symbol” flayerlə reklamlarınızı istənilən yerə daha sürətlə ötürün.