Jurnal Çapı


jurnal

Şirkətimiz sizə dövri nəşrlərdən olan jurnalların son dərəcə müasir və yüksək səviyyəli dizaynını təklif edir. “Tərkibi sizdən, tərtibi bizdən” olan jurnallar A4 formatında çap olunur. Hazırladığımız jurnalların kağız ölçüsü ənənəvi (90-170 qram), texnologiya və qrafikası isə müasirdir.

Poliqrafiya məhsullarımızın bir növü olan jurnalları tərtib edərkən səhifələnmənin sayında standartlara uyğunluğa, (4, 8, 6, 12 səhifəlik) rəng və font baxımından dolğunluğa önəm veririk. Çap məhsullarımız olan jurnalları ərsəyə gətirərkən iki növ kağız (mat və parlaq) və iki növ cildlənmədən istifadə etsək də, işimizi dörd-dördlük görürük. Biz sizin üçün jurnallarınızın sadəcə üzünü deyil, özünü dizayn edirik. Jurnal hazırlanarkən keyfiyyətli kağızlarla bərabər, təqdim edilən məzmuna uyğun rəngarəng təsvirlərdən də istifadə edirik.

İşində birinciliyə, jurnal üzlüklərində incəliyə önəm verənlərdənsinizsə, axtardığınız qrafikanı “Symbol” jurnal çapında tapa biləcəksiniz.