Kağız çantalar

kagiz canta

Şirkətimiz sizə korporativ üslubun yaradılması üçün ən gözəl üsulu — kağız çanta promo məhsulu təqdim edir. Bu promo məhsullar korporativ hədiyyələrin təqdim edilməsi üçün ideal seçim hesab oluna bilər. Digər bağlama növlərindən fərqli olaraq kağız çantalar daha fuksional və cəlbedici sayılır. Kağız çantaların üzərində sizin logonuz, ünvanınız və əlaqə vasitələri çap oluna bilməsi sizin brendinizin imicinin formalaşmasına kömək edir.

Biz kağız çantaların dizaynı ilə yanaşı, ölçülərini də müştərilərin istəyinə uyğun tərtib edirik. Belə ki, promo məhsullarımızdan olan kağız çantalar sizin istəyinizə uyğun kiçik orta və böyük ölçüdə hazırlanır.

Keyfiyyətli materialdan hazırladığımız kağız çantalarında istifadə etdiyimiz kreativ naxışlarla loqonuza fərqli baxış yaradırıq.