Logo hazırlanması

logo

Symbol.az olaraq müştərilərimizə professional logo xidməti təklif edirik. Dizayna başlamazdan əvvəl firmanızın aid olduğu sektor, əks etdirəcəyi imic, hədəf auditoriyası və müştəri gözləntilərinə yönəlmiş detallı araşdırmalar etdikdən sonra müştərilərin istəkləri ilə peşəkar rəyinin vəhdətini qururuq.

Qrafik dizayn mütəxəssislərimiz tərəfindən loqonun üstündə rəngindən hərf şriftinə qədər ən xırda detallara kimi çalışmaq üçün bir layihə komandası qurulur. Məqsədimiz firmanızın hədəf auditoriyası üçün ən yaxşı logonu dizayn etmək və xidmətinizə verməkdir.

Logo dizayn müddətində seçilən rəng(lər) firmanın insanlara vermək istədiyi mesajla bütünlük təşkil etməlidir. Ona görə də insanların diqqətini çəkəcək və gözləntilərini qarşılayacaq, onlarla bağ yaradacaq doğru rənglər istifadə etməyə xüsusi diqqət edirik. Logo dizaynı firmanızın veb saytı, vizit kart, forma, stend və ofis dekorasiyası kimi materialları da əhatə edəcəyinə görə birlikdə seçəcəyimiz rəng əsas tutularaq hazırlanılır.

Layihə komandamız professional logo hazırlanması sahəsində təcrübəyə yiyələnmiş peşəkarlar olaraq sizin üçün dinamik, yaddaşda qalması asan eyni zamanda estetik logo hazırlayacaqlar.

Şirkətinizin logosu bütün digital və poliqrafiya məhsullarına uyğun rənglər istifadə edilərək dizayn ediləcək və markanızın uğurlu imzası olacaq. Symbol.az olaraq bizim üçün önəmli olan isə bu imzanı peşəkar və ən uyğun qiymətlərlə atmağınız üçün sizə tərəfdaşlıq etməkdir.


Logo nədir ?

Ticarətin yeni inkişaf etdiyi dövrdə bəzi müəssisələr müəyyən xüsusiyyətlərinə görə digərlərindən üstünlük əldə edə bildilər. Beləliklə, rəqiblərindən fərqlənmək zərurəti yarandı və buna görə bəzi işarə, simvollardan istifadə etməyə başladılar. Hansı ki, onlar günümüzdə “logo” adlanır və müəssisənin imicinin formalaşmasında önəmli rol oynayır.

Professional Logo xidməti sizə nə verməlidir ?

Logo təmsil etdiyi müəssisənin kimliyini doğru, ən anlaşılan şəkildə əks etdirməlidir. Əks halda logo nə qədər estetik görünürsə görünsün, yenə də uğursuz qəbul edilir.

Logo firmanızın imzası olduğu üçün özünəməxsusluğu ilə seçilməlidir. Digər markalarla qarışdırılmamalıdır.

Sadə, aydın, asan yaddaqalan bir quruluşa sahib olmalıdır. Qarışıq simvollardan ibarət olan logo, onun izləyici tərəfindən qəbul edilməsini çətinləşdirər.