Plastik kart


plastik-kart

Plastik kartlar müasir dövrdə gündəlik yaşantımızın bütün sahələrində istifadə etdiyimiz və özündə hər bir fərdə aid istənilən məlumatları əks etdirərək gündəlik işlərimizi daha asanlaşdırır.

Plastik kartların sayəsində bir çox nağdsız əməliyyatları həyata keçirmək mümkündür və onların istifadə miqyası sürətlə genişlənir. Vaxtilə bir çox şirkətlər işçilərin nəzərətdə saxlanmasının çətin və vaxt aparan bir proses olduğundan şikayətlənsə də, indi işçilərin giriş-çıxış vaxtlarını sistemləşdirən plastik kartlar bu işi olduqca asanlaşdırıb. Dəvət olunduğunuz hansısa iclas yaxud da tədbirdə hər bir fərd üçün individual hazırlanmış kartlar sayəsində ordakı təhlükəsizliyi təmin etmək mümkündür.

Mağazalarda, restoranlarda ödəniş edərkən bir çox insanın əlindən keçən və mikrob mənbəyi nağd pullar əvəzinə özünüzə məxsus plastik kartlar vasitəsilə saniyələr içində tək toxunuşla gigiyenaya və vaxta qənaət etmək mümkündür. Həmçinin, bir çox şirkətlər nağdsız ödənişin təbliği ilə əlaqədar ödənişləri plastik kartlar vasitəsilə edən müştəriyə müxtəlif endirimlər edirlər. Bundan əlavə, plastik kartlarda pulların miqdarına nəzarət etmək və istənilən zaman pul mədaxili həyata keçirmək olar.

Symbol logo

Müştərilər üçün keyfiyyəti xidmətə,xidməti məmnuniyyət