Qələm üzərində çap

qelem

Şirkətimiz daima uğura imza atmaq istəyənlər üçün promo məhsulların ən çox istifadə edilən növü— korporativ qələmləri təqdim edir. Bu növdə olan promo məhsullar daha çox promo aksiyalar, müxtəlif seminarlar, yarmarkalar, sərgilər və digər marketinq tədbirlərində istifadə olunur. Sizə seçəcəyiniz qələmin forma və növündən asılı olaraq tampon lazer və ipək vasitəsi ilə çap təklif edirik.

Komandamız bu promo məhsulu hazırlayarkən onun üçün vacib sayılan bütün detalları nəzərə alır. Qələmin üzərində loqotipin vurulmasını həyata keçirərkən seçilmiş rəngin korporativ rəngə uyğunluğuna xüsusi diqqət yetirilir.

Biz sizin üçün mürəkkəb işinizi sadəyə, mürəkkəbinizi isə kreativlik simvoluna çeviririk. Brendinizin hər kəsin əlinin altında, kreativliyin və keyfiyyətin üstündə olmasını istəyirsinizsə, bizə müraciət edin.