Təqvim


teqvim

Korporativ masa təqvimləri: Ofis masalarının əsas elementi olan masa təqvimi gün içində daim göz önündə olduğundan satış məqsədilə məhsulun xüsusi formada təqdimatı və reklamı üçün olduqca effektivdir. Masa təqvimləri promo məhsulu kimi verdiyi faydaları ilə yanaşı, ofislərdə iş masalarına xüsusi estetiklik qatır. Üzərində şirkətin ad və logosu çap edilmiş təqvimlər il boyunca müştərilərinizin masasında öz yerini alacaq və siz qurduğu planlarda onlara partnyorluq edəcəksiniz. Beləliklə, markanız və ya firmanız tanınacaq və yaddaşda qalaraq müştərilərinizin ehtiyac yarandıqda sizinlə əlaqə saxlamasını asanlaşdıracaq.

Hədiyyəlik təqvimlər: Sevdiklərinizin şəkilləri ilə bəzədilmiş individual təqvimlərlə öz şəxsi masa aksessuarınızı seçə yaxud da öz yaxınlarınıza ideal hədiyyə olaraq sifariş edə bilərsiniz.