Vinil, Baner Çapı


banner

“Symbol” vinil, bannerlə — reklamınızı yayarıq sizin üçün hər yerə “Symbol” şirkəti olaraq reklamlarının “əldən-ələ” deyil, “eldən-elə” dolaşmağını istəyənlər üçün küçə reklamlarını təqdim edirik. Digər məhsullarımızda olduğu kimi vinil və banner materiallarından olan reklam lövhələrini hazırlayarkən də müştərilərimizin istəklərini nəzərə alırıq. Belə ki, reklam lövhələrinin forma və ölçülərini sizin istəyinizə uyğun olaraq tərtib edirik. Hazırladığımız vinil, bannner reklam lövhələri keyfiyyətli çap materialı və rənglər sayəsində reklamlarınız ilin bütün fəsillərində “bahar təravəti”ndə qalmasına kömək edir. Yağışa və günəş şüalarına dözümlü olan reklam löhvələrimiz sizi tez-tez reklam lövhələrini dəyişməkdən xilas edir. Beləliklə, biz işimizə zəmaət verir, siz isə cibinizə qənaət etmiş olursunuz.